» » Tarif Şurasından dərmanlarla bağlı açıqlama -

Tarif Şurasından dərmanlarla bağlı açıqlama - Dollardan asılıdır...

Bölmə: İqtisadiyyat
Tarif Şurasından dərmanlarla bağlı açıqlama -
Tarif Şurası dərmanların qiyməti dolların məzənnəsindən asılı olacağını açıqlayıb.

"Xalqinfo" Trend-ə istinadən xəbər verir ki, dərmanların qiymətləri aşağıda göstərilən qaydada müəyyən edilir.

Bu qaydalara görə, dərmanlar topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Dərmanların qiyməti alış qiyməti artdıqca azalacaq.

Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər. Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marjası nisbətən yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan artıq olduqda isə 11 faiz olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler