» » Muğanbankın yeni şöbəsi fəaliyyətə başladı

Muğanbankın yeni şöbəsi fəaliyyətə başladı

Bölmə: İqtisadiyyat
Muğanbankın yeni şöbəsi fəaliyyətə başladı
Xalqinfo.az xəbər verir ki, Xırdalan şəhərində Muğanbank ASC-nın yeni şöbəsi fəaliyyətə başladı. Bununla bank xidmət şəbəkəsini daha da genişləndirərək müştərilərinə bir az da yaxın oldu. Şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Yeni açılmış 1 saylı şöbə müvafiq olaraq aşağıdakı ünvanda müştərilərini gözləyir:

1 saylı şöbə
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küç.,3
Tel: (012) 5998326
e-mail: 1-sayli@muganbank.az

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya https://www.muganbank.az/ saytına, həmçinin https://www.facebook.com/Muganbank-106864156005722/ facebook səhifəsinə keçid ala bilərsiz.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler