» » “Azərbaycanın maliyyə bazarında panika var”

“Azərbaycanın maliyyə bazarında panika var”

Bölmə: İqtisadiyyat
“Azərbaycanın maliyyə bazarında panika var”
“Son günlər manatın bahalaşmasının iqtisadi əsasının olub-olmadığını müxtəlif cür yozmaq olar. Mən həmişə demişəm: dollar-manat münasibətində müəyyən üsullar, variantlar, iqtisadi modellər var, onlardan istifadə etmək mümkündür”.

Xalqinfo” xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində millət vəkili Vahid Əhmədov deyib. O, bildirib ki, sonuncu dəfə Mərkəzi Bank dolların qiymətini 1,73 elan edib. Onun fikrincə dolların belə kəskin ucuzlaşması üçün bir sıra məsələlər öz həllini tapmalı idi: “Birincisi, idxal-ixrac əməliyyatları olmalıdır. Yəni idxal kəskin azalmalı, ixrac artmalıdır, idxal-ixracda müsbət saldo olmalıdır. İkincisi, gərək bazarda tələb və təklif qarşılıqlı olsun, problem yaranmasın. Üçüncü, neftin qiymətidir. Neftin qiymətinin artması Azərbaycana əlavə dollar daxil edir və heç bir problem yaranmır. Amma gördüyümüz kimi, son ayyarımda idxal-ixrac əməliyyatlarında müəyyən qədər üstünlük oldu, yəni keçən ilin ikinci yarısından idxalı kəskin azaltmağa başladılar. İxracı isə müəyyən qədər artırmaq istədilər.

Amma ümumiyyətlə, Mərkəzi Bankın tutduğu yol ki, var idi, yavaş-yavaş, yumşaq devalvasiya aparırdı, bunu axıra çatdırmaq lazım idi. Manat gəlib öz həqiqi dəyərini bazarda almalı idi. Onda həm investorlar, həm sahibkarlar üçün heç bir problem olmazdı, insanlar arxayın olub öz vəsaitlərini istər manatda, istər dollarda saxlaya, yaxud investisiya yatıra bilərdilər. Amma indi faktiki olaraq Azərbaycanın maliyyə bazarında bir panika var. Bu panika da məhz manatın ciddi möhkəmlənməsi ilə əlaqədardır”.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler