» » Mərkəzi Bank 25 ili geridə qoydu - Ağayevdən Rüstəmova...

Mərkəzi Bank 25 ili geridə qoydu - Ağayevdən Rüstəmova...

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Mərkəzi Bank 25 ili geridə qoydu - Ağayevdən Rüstəmova...
Bu gün Azərbaycanın Mərkəzi Bankı yaranmağının 25 illiyini qeyd edir.

Xalqinfo” xəbər verir ki, “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının bazasında yaradılıb.

1992-ci ildə, 1996-cı ildə və nəhayət 2004-cü ildə qəbul edilən "Azərbaycan Respublikası Milli Bankı haqqında" qanunlar müstəqil Azərbaycan dövlətinin mərkəzi bankının hüquqi statusunu və səlahiyyətlərini təsbit edib, möhkəmləndirib və inkişaf etdirib.

18 mart 2009-cu il tarixli ümumxalq referendumunun nəticəsinə əsasən bankın adı (“Azərbaycan Respublikasının Milli Bankı”) dəyişdirilərək "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılıb.

Mərkəzi Bankın ilk sədri Azərbaycan SSRİ-nin əməkdar iqtisadçısı Qalib Ağayev olub. 1992-ci ilin dekabrında Elman Rüstəmov İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

1995-ci ilin yanvarında isə prezidentin sərəncamı ilə Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə gətirilib.

Bankın məqsəd və funksiyaları:

- dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;

-nağd pul dövriyyəsini təşkil edir;

-pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

-manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

-qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

-sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

-hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;

-bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;

-ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler