» » 32 bankda 31,439.5 milyon...

32 bankda 31,439.5 milyon...

Bölmə: İqtisadiyyat
32 bankda 31,439.5 milyon...

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 dekabr 2016-cı il tarixinə cəmi aktivləri 31,439.5 milyon manat, cəmi öhdəlikləri 29,530.7 milyon manat təşkil edib.

"Xalqinfo" sektorun balans kapitalı 1,908.8 milyon manatdır. Əhalinin əmanətləri 7432.1 milyon manat həcmindədir.

Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, söbələrinin sayı 131, ATM-lərin sayı 2461-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nin işçi heyəti 2 657 nəfər təşkil edir.

2016-cı ilin 31 dekabr tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler