» » Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib

Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib

Bakıda Azərbaycanın və eyni zamanda Qafqazın ilk modern mühərrik və sənaye yağları istehsalçısı olan “Technol”un açılış mərasimi keçirilib.

Xalqinfo”nun məlumatına görə, açılış tədbirində İqtisadiyyat Nazirliyinin rəsmiləri, bir çox yerli və beynəlxalq şirkətlərin nümayəndələri, həmçinin ölkənin aparıcı media nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən “Technol”un İcraçı Direktoru Murad Rəfiyev zavod haqqında məlumat verərək bildirib ki, 1.3 hektar ərazidə yerləşən zavod 6 əsas hissədən ibarətdir. Bura ən son texnoloji avadanlıqlarla təchiz olunmuş laboratoriya, əsas və köməkçi istehsal bölməsi, xammal və hazır məhsul anbarı və ofis binası daxildir: “”Technol” hazırda 60-dan çox çeşiddə məhsul istehsal edir ki, bura 20 çeşiddə minik və yük avtomobilləri üçün mühərrik yağları, 5 çeşiddə avtomat və müxanik ötürücü qutular üçün transmissiya yağları, 4 çeşiddə motosiklet yağı, 29 çeşiddə sənaye dəzgahları üçün yağlar, antifrizlər daxildir”.

M. Rəfiyev qeyd edib ki, “Technol” istehlakçılara yüksək keyfiyyətli məhsullar təqdim etmək üçün dünyanın aparıcı kimya şirkətləri və xammal təhcizatçıları ilə əməkdaşlıq edir: “Biz bu günə qədər dünyanın bir çox tanınmış şirkəti ilə əməkdaşlıq etmişik ki, bura İnfineum, Lubrizol, ADCO, Chevron, Afton, Linkor, Himbalt kimi şirkətlər daxildir. Həmçinin, qeyd edim ki,”Technol” mühərrik yağlarının istehsalında istifadə olunan xammala Avropanın aparıcı avtomobil mühərriki istehsalçıları olan FORD, PEUGEOT CITROEN, VOLKSWAGEN, BMW, Mercedes Benz, PORSCHE, OPEL, RENAULT, GENERAL MOTORS, Volvo, İVECO, Man, və s şirkətlər təsdiq verib”.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi Sənaye şöbəsinin müdiri Murad Abdullayev deyib ki, bu gün biz dövlət tərəfindən göstərilən qayğının nəticəsini Technol-un timsalında görürük: “Bu gün artıq Azərbaycanda daha bir istehsal sahəsi açılıb və bazara yeni məhsul istehsal edən müəssisə daxil olub. Yeni iş yerləri açılıb və məşğulluq təmin edilib. Bu sevindirici haldır”.

Nazirliyin rəsmisi vurğulayıb ki, “Technol” şirkəti Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış “İnvestisiyanın Təşviqi Sənəd”indən yararlanıb: “”İnvestisiyanın Təşviqi Sənəd”ini əldə etmiş şirkət ölkəyə idxal etdikləri avadanlıqlar üçün ƏDV və gömrük rüsumlarından azad edilir. Sözsüz ki, bu güzəştlərdən yararlanmaq artıq rəqabətqabiliyyətli yeni məhsulların istehsalına şərait yaradacaq. Bununla da, onların istehsal etdikləri məhsullar həm daxili, həm də xarici bazarda inamla realizə olunacaq”, - deyə nazirliyin rəsmisi sözlərinə əlavə edib.

Tədbirdə çıxış edən şirkətin rəsmi siması DJ Tural Yusifov isə çıxışında qeyd edib ki, özü tezliklə ictimaiyyətə açıq şəkildə məhsulun testini edəcək və video hər kəsə açıq yayımlanacaq: “Bundan başqa biz müəssisədə olub yağın istehsal prosesini əks etdirən videomateriallar da hazırlayacağıq ki, istehlakçılar hər şeyi şəffaf şəkildə müşahidə edə bilsinlər”.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru


Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib
Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib
Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib
Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib
Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib
Azərbaycan və Qafqazın ilk mühərrik yağları istehsalçısı - “Technol”un açılış mərasimi keçirilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler