» » “... Razılıq əldə olunub” -

“... Razılıq əldə olunub” - Xələf Xələfov

Bölmə: İqtisadiyyat
“... Razılıq əldə olunub” -

"Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclasının nəticəsini qənaətbəxş hesab edirik. İclasda bir çox açıq qalan və prinsipial məsələlər üzrə müddəalar və maddələr razılaşdırıldı".

"Xalqinfo" xəbər verir ki, bu barədə AzərTAC-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfovun sözlərinə görə, iclasda işçi qrupun və Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşlərinin Aşqabadda keçirilməsi qərara alındı. Görüşün dəqiq tarixi barədə hələ ki, məsləhətləşmələr aparılır.

Xarici işlər nazirinin müavini ümidvar olduğunu bildirib ki, nazirlərin toplantısında qənaətbəxş nəticə əldə olunacaq. Bundan sonra isə Astanada Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler