» » Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Caviar italyan brendi üzərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin rəsmi olan “iPhone”lar hazırlayıblar. Smartfonlar artıq Azərbaycanda satışa çıxarılıb.

Sonuncu "Supremo" kolleksiyasına daxil olan "Supremo H.Aliyev" smartfonunun hazırlanmasında qara alliqator dərisindən və titandan istifadə olunub. Titan üzərində Ümummilli liderin rəsmi, imzası, rəsmin ətrafında isə "Müasir Azərbaycanın yaradıcısı" sözləri və Azərbaycan Respublikasının gerbi oyma üsulu ilə işlənib. Smartfonlar bu il 24-cü ildönümü qeyd ediləcək Milli Qurtuluş Gününün yaradıcısı olan Ümummilli liderin şərəfinə hazırlanıb. Limitli "Supremo H.Aliyev" smartfonu məhdud sayda - cəmi 24 ədəd satışa çıxarılıb.

Digər "Supremo" kolleksiyası olan "Supremo I.Aliyev" smartfonunun hazırlanmasında da qara alliqator dərisindən və titandan istifadə olunub. Titan üzərində dövlət başçısının rəsmi, imzası, rəsmin ətrafında isə "Azərbaycan Respublikasının Prezidenti" sözləri və Azərbaycan Respublikasının gerbi oyma üsülu ilə işlənib. Ötən il 55 illik yubileyini qeyd etmiş prezidentin şərəfinə həsr olunmuş bu limitli smatfonlar məhdud sayda - 55 ədəd satışa çıxarılıb.

Üzərində Heydər Əliyevin və İlham Əliyevin rəsmi olan “iPhone”lar

"Caviar" brendinin Azərbaycana həsr etdiyi modellərdən biri də "Atlante" kolleksiyasına daxil olan "Atlante Azerbaijan" smartfonudur. Bu modelin hazırlanmasında Perla Penna zərgərlik emalatxanasının ustaları qara alliqator dərisindən istifadə ediblər, onun üzərində isə titandan olan Azərbaycan Respublikasının gerbi əks olunub. "Atlante Azerbaijan" smartfonu limitli olaraq 33 sayda satışa çıxarılıb.

Bütün "Caviar" smartfon modellərini Caviar-Azərbaycan butik-mağazasından əldə etmək olar.
Ünvan: K. Səfərəliyeva küçəsi, 12

Tel.: (+994 12) 490 06 08, Mob.: (+994 50) 382 00 00, (+994 55) 382 00 00.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru


Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı
Caviar şirkəti İlham Əliyevin 55 illik yubileyinə “iPhone” 7-lər hazırladı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler