» » Dollar 2 manatdan baha olmayacaq

Dollar 2 manatdan baha olmayacaq

Bölmə: İqtisadiyyat
Dollar 2 manatdan baha olmayacaq

Dünən Manat rəsmi olaraq dollar qarşısında 2,7 qəpik və ya təxminən 1,5% bahalaşdı.

Xalqinfo” xəbər verir ki, “Marja”nın yaydığı məlumatda bildirilir ki, son 3 hərracda dolların bahalaşması isə 3,2%-ə çatıb. Manat yenə “üzmür”, əgər belə olsaydı, son günlər dünyada ucuzlaşmaqda olan dollar manat qarşısında da ucuzlaşardı. Sayt yazır ki, sanki Mərkəzi Bank dolların məzənnəsini 1,95-2 manata çatdırmağı və bu səviyyələrdə sabitləşdirməyi qarşısına məqsəd qoyub. Dolların 2 manatdan yuxarı səviyyələrə qalxması daha dərin sosial-iqtisadi problemlər yarada bilər: “2 manat psixoloji səviyyədir. Çoxları xeyli müddətdir dolların bu qiymətə qalxacağını deyirdilər. Növbəti gözlənlən yüksək səviyyələr 2.20 və 2.40 manatdır. Lakin Mərkəzi Bank dolların manat qarşısında bu səviyyələrə qalxmasına müdaxilə edə bilər. Belə ki, bu il Neft Fondu Mərkəzi Banka 4,2 milyard köçürəcək ki, bu vəsait məzənnənin sabitləşdirilməsinə yönəldilə bilər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler