» » Azərbaycandan 400 milyonluq kredit sazişi

Azərbaycandan 400 milyonluq kredit sazişi

Bölmə: İqtisadiyyat
Azərbaycandan 400 milyonluq kredit sazişi

Azərbaycan Hökuməti və Dünya Bankı arasında TANAP layihəsinə kredit ayrılmasına dair müqavilə imzalanıb.

"Xalqinfo"ya Maliyyə Nazirliyindən daxil olan məlumata görə, bu gün Azərbaycan Respublikası Hökuməti, Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti (CQD) və Dünya Bankı arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.

400 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin Baş direktoru Əfqan İsayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mercy Tembon, kredit müqavinə dair zəmanət sazişi isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və xanım Mercy Tembon arasında imzalanıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler