» » Pirallahıda yeni zavod -

Pirallahıda yeni zavod - Nazirlər təməlqoymada+Foto

Bölmə: İqtisadiyyat
Pirallahıda yeni zavod -

Bu gün Pirallahı Sənaye Parkında sayca 2-ci əczaçılıq zavodunun - “Caspian Pharmed”in təməli qoyulub.

Xalqinfo” xəbər verir ki, bu münasibətlə İqtisadiyyat naziri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin iştirakı ilə keçirilmiş tədbirdə “Caspian Pharmed” əczaçılıq zavodunun yaradılmasına dair “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” Şirkətlər Qrupu və İranın “TPİCO Holding” Şirkətlər Qrupu arasında Səhmdarlar Sazişi imzalanıb. Sənədə əsasən, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış “Caspian Pharmed” birgə müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC 25%, “Azərsun Holdinq” 26%, İranın “TPİCO” şirkəti isə 49% iştirak payına malikdir.

Tədbirdə “Caspian Pharmed” əczaçılıq zavodunun təqdimatı keçirilib. Bildirilib ki, ilkin mərhələdə 20,6 mln. ABŞ dolları invesisiya qoyulacaq müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin mərhələdə zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 mln. ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Şahin Mustafayev və Əli Rəbiinin iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub.

Tədbir çərçivəsində həmçinin, “Caspian Pharmed” birgə müəssisəsinə Pirallahı Sənaye Parkının rezidenti statusu da təqdim edilib.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Pirallahıda yeni zavod -
Pirallahıda yeni zavod -
Pirallahıda yeni zavod -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler