» » Benzinin bahalaşmasını neçə faiz sürücü hiss edəcək? -

Benzinin bahalaşmasını neçə faiz sürücü hiss edəcək? - Açıqlama

Bölmə: İqtisadiyyat
Benzinin bahalaşmasını neçə faiz sürücü hiss edəcək? -

“AI-95 Premium” markalı benzinin qiymət artımının ancaq lüks avtomobil sürənlərə aid olduğu deyilir.

Xalqinfo.az xəbər verir ki, “Qafqazinfo” bu məqamda sürücülərdə yaranmış suallara aydınlıq gətirmək məqsədilə yol məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb. Ekspert təxmin edir ki, ölkəmizdə istifadə olunan avtomobillərin 25-30%-nin mühərriki sırf “AI-95 Premium” markalı benzin üçün istehsal olunub:

“Hazırda ölkəmizdə nə qədər avtomobilin “AI-95” markalı benzinlə işlədiyinin dəqiq statistikasını demək çətindir. Burada il söhbəti ikinci dərəcəli məsələdir. Hətta köhnə avtomobillər də yenidən modernizasiya olunub 95 oktanlı benzinlə işləyə bilər. Mən ehtimal edirəm ki, Azərbaycanının avtomobil parkının 25-30 faizi bu kateqoriyaya aiddir. Təxminən, hər 4 avtomobildən biri. Bu maşınlar mütləq 95 oktanlı benzinlə işləyir.

Benzinin bahalaşmasını neçə faiz sürücü hiss edəcək? -














Doğrudan da avtomobil istehsalçılar tərəfindən sırf 95 oktanlı benzinlə işləmək üçün konstruksiya olunubsa, mühərriki, xüsusilə də elektron idarəetmə sistemi həmin benzin üçün hesablanıbsa, maşında 92 oktanlı benzindən istifadə olunsa, ciddi problemlər yarancaq. Müəyyən müddətdən sonra avtomobilin mühərriki sıradan çıxmağa başlayacaq. Sürücülərimiz bilməlidir ki, avtomobil sırf 95 oktanlı benzin üçün hesablanıbsa, başqa markalı benzindən istifadə etmək olmaz”.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler