» » Bank rəhbərliyi yenidən toplanacaq

Bank rəhbərliyi yenidən toplanacaq

Bölmə: İqtisadiyyat
Bank rəhbərliyi yenidən toplanacaq

21 Fevral 2017-ci il tarixində “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Xalqinfo” “Marja”ya istinadən xəbər verir ki, iclasın gündəliyində 4 əsas məsələ durur: Gündəliyin qəbul edilməsi, Müşahidə Şurasının tərkibi, onun bəzi qərarlarının müzakirəsi və bankın səhmlərinin buraxılışının dövlət qeydiyyatına alınması ilə bağlı bəzi tədbirlərin görülməsi.

Xatırladaq ki, 3 yanvar 2017-ci il tarixində bankın Müşahidə Şurasının növbədənkənar iclasının qərarına əsasən, Müşahidə Şurasının üzvü Asəf Namazov Bankın İdarə Heyətinə sədr təyin olunub.

Keçmiş İdarə Heyətinin sədri Xədicə Həsənovanın isə Bankda fəaliyyətini Müşahidə Şurasında davam etdirəcəyi planlaşdırılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler