» » İki bankir Beynəlxalq Bankın rəhbərliyinə gətirilir

İki bankir Beynəlxalq Bankın rəhbərliyinə gətirilir

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
İki bankir Beynəlxalq Bankın rəhbərliyinə gətirilir

"Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Aqşin Əmirov "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) rəhbərliyinə gətirilir."

Xalqinfo" "APA"ya istinadən xəbər verir ki, A. Əmirovun ABB-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacağı gözlənilir.

Mənbə əlavə edib ki, A. Əmirovla yanaşı dövlət bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov da gətiriləcək.

"Hər iki şəxs artıq bir müddətdir ABB-də təhvil-təslim işləri ilə məşğuldur. Hələlik rəsmi təyinat yoxdur. Lakin yaxınlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə həmsöhbətimiz bildirib.

Xatırladaq ki, dekabr ayında ABB-nin İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icrası Xalid Əhədova həvalə olunub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler