» » SOCAR-ın platformasında meydançanın bir hissəsi çökdü -

SOCAR-ın platformasında meydançanın bir hissəsi çökdü - İtki yoxdur

Bölmə: İqtisadiyyat
SOCAR-ın platformasında meydançanın bir hissəsi çökdü -

Dünən axşam saatlarında SOCAR-ın N. Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.

"Xalqinfo" xəbər verir ki, SOCAR-dan "APA-Economics"ə bildirilib ki, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.

Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunub: "Artıq tutum öz yerinə qoyulub".

Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler