» » Nazir üç departamentə rəhbər təyin etdi - Aparat rəhbəri dəyişdi

Nazir üç departamentə rəhbər təyin etdi - Aparat rəhbəri dəyişdi

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Nazir üç departamentə rəhbər təyin etdi - Aparat rəhbəri dəyişdi

Vergilər naziri Fazil Məmmədov yeni yaradılan üç departamentə baş direktor təyinatı barədə əmr imzalayıb.

Xalqinfo” nazirliyin saytına əsasən xəbər verir ki, Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin, Ağasəməd Əfəndiyev Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin, Sərxan Məmmədov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru təyin olunub.

***

Bundan əlavə, nazirliyin aparat rəhbəri də dəyişdirilib. Elçin Namazlı bu vəzifəni müvəqqəti icra edəcək.

Qeyd edək ki, bundan əvvəl aparat rəhbəri vəzifəsini Ağasəməd Əfəndiyev tuturdu. A. Əfəndiyev isə qeyd etdiyimiz kimi Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin baş direktoru təyin olunub.(qafqazinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler