» » Tramp "General Motors"u 250 milyon dollar ziyana saldı

Tramp "General Motors"u 250 milyon dollar ziyana saldı

Bölmə: İqtisadiyyat
Tramp "General Motors"u 250 milyon dollar ziyana saldı

ABŞ-ın 45-ci prezidenti Donald Tramp dünən axşam ABŞ-ın ən böyük avtomobil istehsalçısı "General Motors"un Meksikadakı istehsal fəaliyyətlərini tənqid edərək "Ya ABŞ-da istehsal et, ya da böyük bir sərhəd vergisi ödə" deyə bildirib.

Xalqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Trampın "tweeti"ndən sonra şirkətin Nyu York birjasındakı hissələri 1 faizə yaxın dəyərdən düşüb. Analitiklər bunun şirkətə 250 milyon dollara başa gəldiyini vurğulayır.

Qeyd edək ki, Donald Tramp seçki kampaniyası zamanı “Ford”un və digər böyük amerikalı şirkətlərin də ölkə xaricində istehsalla məşğul olmasını sərt tənqid etmişdi. Bu şirkətlərin ABŞ-a geri dönərək ölkə daxilində məşğulluq yaratmasının vacibliyini vurğulamışdı.

“Ford” artıq Meksikada planlaşdırdığı 1,6 milyard dollarlıq zavod investisiya qoyuluşunu ləğv edib.

“Ford”un icraçı direktoru Mark Fields keçirdiyi mətbuat konfransında, Meksikada 1,6 milyard dollara başa gələcək zavodun tikilməsi planının ləğv edildiyin açıqlayıb. Fields sözügedən plan yerinə, “Ford”un baş ofisinin də yerləşdiyi ABŞ-ın Miçiqan əyalətində şirkətin 700 milyon dollarlıq investisiya yatıracağını, bunun 700 nəfərlik yeni iş yeri yaradacağını bildirib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler