Mercedes-Benz avtomobillərinin test drayvı keçirilib - FotolarBölmə: İqtisadiyyat
![]() Mercedes-Benz-in rəsmi dileri - Abşeron Avtomobil Mərkəzi Mercedes-Benz avtomobillərinin test drayvını keçirib. 2016-cı il dekabrın 27-də KİV nümayəndələri üçün Mercedes-Benz-in yeni rəsmi diler mərkəzi - Abşeron Avtomobil Mərkəzi tərəfindən təşkil edilmiş Mercedes-Benz avtomobilləri xəttinin test-drayvı keçirilib. Ümumi sahəsi 3000 kv. m-dən artıq olan, Mercedes-Benz brendinin korporativ standartlarına uyğun qurulmuş diler mərkəzi Mercedes-Benz avtomobillərinin satışı, zəmanətli və post-zəmanətli xidmətləri üzrə geniş xidmətlər kompleksi təqdim edir. Bu gün üçün servis zonası 1000 kv. m təşkil edir. Servis zonasına 5 post daxildir, lakin onların sayı arta da bilər. Bura gələnlərin rahatlığı üçün shou-roomda markanın bütün model sırası təqdim edilmiş, servis mərkəzi isə geniş işlər kompleksini yerinə yetirməyə imkan verən müasir avadanlıqla təchiz olunub. Mərkəzin əməkdaşları Mercedes-Benz modelləri və kreditləşmə proqramları üzrə peşəkar məsləhətlər verməyə, personal test-drayv təşkil etməyə və avtomobilin optimal komplektasiyasının seçimində kömək etməyə hazır olan yüksək ixtisaslı mütəxəssisləridir. «Abşeron Avtomobil Mərkəzi» avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir. Avtosalonun telefon nömrəsi: +994 12 3477800 Sayt: www.baku.mercedes-benz.az Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
XƏBƏR LENTİ
21.02.19 01:04 | Estoniya müharibəyə hazırlaşır
21.02.19 00:55 | Azərbaycan qaz hasilatını artıracaq
21.02.19 00:44 | Bu gecə Kiçik çillə bitir
21.02.19 00:42 | "Samsung" dünyada ilk qatlanan smartfon təqdim edir
21.02.19 00:38 | “Bunlar neft və qaz satışı gəlirləri sayəsində mümkün olub”
21.02.19 00:34 | Putin ABŞ-a meydan oxudu
21.02.19 00:23 | Netanyahu Moskvaya getməkdən imtina etdi
21.02.19 00:19 | Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI
21.02.19 00:06 | Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu
19.02.19 22:05 | Hövsanda acınacaqlı mənzərə
19.02.19 21:59 | Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?
19.02.19 21:42 | Daha bir senator ABŞ prezidentliyə namizəd oldu
19.02.19 21:39 | Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi
19.02.19 21:35 | Azərbaycan və çeçen ağsaqqalları görüşdü
|