» » Beynəlxalq Bank ipotekanı niyə dayandırdı? - Açıqlama

Beynəlxalq Bank ipotekanı niyə dayandırdı? - Açıqlama

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Beynəlxalq Bank ipotekanı niyə dayandırdı? - Açıqlama

Xəbər verdiyimiz kimi, Beynəlxalq Bankın yeni rəhbərliyi tikinti şirkətlərinin layihələrini maliyyələşdirməkdən imtina edib.

XalqInfo” xəbər verir ki, bir sıra tikinti şirkətləri yeni inşa etdikləri binalardakı mənzilləri Beynəlxalq Bankın 20 illik ipoteka krediti vasitəsilə rahat satırdılar. Bu ayın ortasından Beynəlxalq Bank krediti dayandırdıqdan sonra tikinti şirkətləri müştərisiz qalıblar.

“Qafqazinfo” ipoteka kreditlərinin dayandırılması ilə bağlı bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli ilə əlaqə saxlayıb. Y. Cəfərli bildirib ki, hazırda sözügedən layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi aparılır: “Bank üçün daha sərfəli şərtlərlə bu layihələr üzrə ipoteka kreditləşməsi yenidən bərpa edilə bilər”.

Qeyd edək ki, bank rəsmisi əvvəlki rəhbərliyin ipoteka kreditləri üçün hər mənzildən 10 min manata qədər rüşvət alınması ilə bağlı iddialara cavab verməyib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler