» » Naxçıvan-Məşhəd qatarı açılır Vaxt bilindi

Naxçıvan-Məşhəd qatarı açılır Vaxt bilindi

Bölmə: İqtisadiyyat
Naxçıvan-Məşhəd qatarı açılır Vaxt bilindi

29 dekabrdan Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Xalqİnfo”ya verilən məlumata görə, sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olacaq.

Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərini 24 dekabr tarixdən etibarən Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan və geriyə əldə etmək olar. Sürət qatarı Naxçıvan Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək.

Qeyd edək ki, Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler