» » “Azərişıq” Tovuzda yeni ofis binasını istifadəyə verdi

“Azərişıq” Tovuzda yeni ofis binasını istifadəyə verdi

Bölmə: İqtisadiyyat
“Azərişıq” Tovuzda yeni ofis binasını istifadəyə verdi

“Azərişıq” ASC artıq Azərbaycanın bütün rayonlarında köklü dəyişikliyə nail olub. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan Tovuz Elektrik Şəbəkəsi üzrə paylayıcı elektrik şəbəkələri yenidən qurularaq ən müasir səviyyəyə çatdırılıb. Yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız iş rejimi yaradılıb. Qış mövsümü üçün də xüsusi hazırlıqlar görülüb.

“Azərişıq” ASC-dən “Xalqİnfo”ya verilən məlumata görə, Tovuz şəhərində Elektrik Şəbəkəsi üçün 200 kv.m sahəsi olan “Azərişıq”ASC-nin daxili vəsaiti hesabına yeni inşa edilmiş ofis binası da istifadəyə verilib. İki mərtəbədən ibarət ofis binasında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Yeni inşa edilmiş ofis binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin,yeni açılan iş yerlərinin səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunması, şəbəkələrdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Hazırda “Azərişıq” ASC tərəfindən regionlarda yenidənqurma işləri sürətlə davam etdirilir. 2017-cı il ərzində daha bir neçə rayonda abonentlərə xidmət göstərən bu cür yeni tipli ofislər tikilərək istifadəyə veriləcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Azərişıq” Tovuzda yeni ofis binasını istifadəyə verdi
“Azərişıq” Tovuzda yeni ofis binasını istifadəyə verdi
“Azərişıq” Tovuzda yeni ofis binasını istifadəyə verdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler