» » 13 dövlət əmlakı özəlləşdi

13 dövlət əmlakı özəlləşdi

Bölmə: İqtisadiyyat
13 dövlət əmlakı özəlləşdi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Xalqİnfo” xəbər verir ki, hərracda ümumilikdə 13 dövlət əmlakı olmaqla, 3 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı, Zaqatala və Oğuzda yerləşən bir neçə dövlət əmlakının, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə hərraclar rəqabətli şəraitdə keçib.

Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 1-i Tərtərdə, 1-i Zaqatalada, istifadəsiz qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i Ağcabədidə, digəri isə Oğuzda yerləşir. Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nəsimi rayonunda yerləşən pavilyon olub. Belə ki, adıçəkilən əmlak 250 min manata özəlləşdirilib.

Zaqatalada yerləşən obyektin ilkin satışı 20 min manata təklif olunduğu halda, rəqabət nəticəsində 28 min manata, Oğuzda yerləşən əmlak isə 10 min manatdan rəqabət nəticəsində qalxaraq 16 min manata özəlləşdirilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler