» » Bakıda ekzotik meyvə mağazası açıldı -

Bakıda ekzotik meyvə mağazası açıldı - “Baku Fruit Company”

Bölmə: İqtisadiyyat
Bakıda ekzotik meyvə mağazası açıldı -

Bakıda ekzotik meyvə-tərəvəz mağazası – “Baku Fruit Company”nin açılışı olub. Dünyanın istənilən növdə meyvə-tərəvəz məhsullarının satıldığı bu mağaza korporativ müştərilərə xidmət göstərir.

"Xalqİnfo"nun “Qafqazinfo”-a istinadən məlumatına görə, açılış tədbirində çıxış edən “Baku Fruit Company”nin icraçı direktoru Kamal Şirəliyev deyib ki, fəaliyyətdə olduqları 15 il ərzində dünyanın 20-ə yaxın ölkəsindən bir sıra şirkətlərlə əməkdaşlıq ediblər: “Şirkətimizin yarandığı gündən bu günə dəyişməyən prinsipləri - keyfiyyət, vaxtında çatdırılma və uyğun qiymət olub. Şirkətimiz adından da göründüyü kimi Azərbaycana meyvə və tərəvəz idxalını təşkil edir. Son illər fəaliyyətimizi korporativ müştərilər üzərində qurmuşuq. Ona görə də yeni “Baku Fruit Company”ni yaratdıq. Təcrübəmizə əsaslanaraq, 25 ölkədən çox əməkdaşlıq etdiyimiz şirkətlər var. Cənubi Afrika, Cənubi Amerika ölkələrindən - Çili, Perudan da məhsullar idxal edirik. Bu ölkələrlə iqlim şəraitimiz fərqli olduğundan meyvələrin yetişmə vaxtı da fərqli olur. Məsələn, bizdə indi qış fəslidir, gilas yetişmir. Amma hazırda dünyanın elə ölkələri var ki, onlarda yay fəslidir və biz gilası həmin ölkələrdən alırıq. Məhsulları təyyarə və gəmilərlə gətiririk. Yay mövsümündə öz yerli məhsullarımız çox olur. Qışda isə yetişməyən bəzi məhsullara əhalinin tələbatını təmin etmək üçün 35 adda müxtəlif meyvələr idxal edirik. Bakıda müxtəlif ölkələrin mətbəxtlərinin təqdim olunduğu restoranlar var. Həmin restoranlara gələn xarici qonaqları razı salmaq üçün bəzi ekzotik meyvə-tərəvəzlər var ki, onların hamısını biz təmin edirik”.

K. Şirəliyev əlavə edib ki, “Baku Fruit Company” da xarici məhsullarla yanaşı yerli kəndli fermer təsərrüfatlarının da məhsulları satılır: “Hazırda mağazadakı məhsulların 50%-dən çoxunu yerli məhsullar təşkil edir. Gələcəkdə Bakıda pərakəndə satışın həyata keçiriləcəyi mağazalarımızın da açılması gözlənilir. Bizim əsas missiyamız sağlam və keyfiyyətli məhsulları münasib qiymətə alıcılarımıza çatdırmaqdır. Hər iqlimə uyğun meyvə və tərəvəzlərin bütün fəsillərdə Azərbaycan bazarında mövcudluğunu təşkil etməkdir. Qiymətlər isə hər növə və ölkəyə görə müxtəlif olur”.

Qeyd edək ki, “Baku Fruit Company” Meyvəli bazarı, Korpus-3-də yerləşir.

(012) 409-55-04

www.bfc.az

info@bfc.az


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -
Bakıda ekzotik meyvə mağazası açıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler