» » Azərbaycan razılaşdı - Gündəlik neft hasilatını 35 min barrel azaldacaq

Azərbaycan razılaşdı - Gündəlik neft hasilatını 35 min barrel azaldacaq

Bölmə: İqtisadiyyat, KİTAB ALƏMİ, BLOK XƏBƏR
Azərbaycan razılaşdı - Gündəlik neft hasilatını 35 min barrel azaldacaq

Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel azaltmağa razı olub.

Xalqİnfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə, Nigeriya Neft Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, OPEC üzvü olmayan ölkələr gündəlik hasilatı ümumilikdə 612 min barrel azaltmaq barədə razılığa gəliblər.

Məlumata əsasən, Rusiya gündəlik hasilatı 300 min, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya hərəyə 35 min, Bəhreyn və Ekvatorial Qvineya hərəyə 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviya hərəyə 4 min barrel azaldacaqlar.

Vyana görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edir.

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler