» » 14 ölkədən 6-sı neft hasilatını azaltmağa razıdır

14 ölkədən 6-sı neft hasilatını azaltmağa razıdır

Bölmə: İqtisadiyyat
14 ölkədən 6-sı neft hasilatını azaltmağa razıdır

OPEC-ə üzv olmayan 14 ölkədən yalnız 6-sı Vyanada neft hasilatının həcminin azaldılmasını müzakirə etməyə razıdır.

AzVision.az “Reuters” saytına istinadən xəbər verir ki, Vyana görüşündə iştirak edəcək 14 qeyri-OPEC ölkəsindən təkcə Azərbaycan, Rusiya, Oman, Qazaxıstan və Meksika neft istehsalını aşağı salmağa razılıq verib.

Bundan başqa Səudiyyə Ərəbistanı da OPEC-in növbəti görüşünə müsbət cavabla gedir. Belə ki, Səudiyyə Ərəbistan gələn ilin yanvarından neft satışının həcmini azaldacaq və bununla bağlı öz müştərilərini məlumatlandırıb.

Rusiya isə ölkədəki neft şirkətləri tərəfindən hasilatı azaltmaq barədə göstəriş verməyəcəyini bəyan edib. Baş nazirinin müavini Arkadi Dvorkoviç deyib ki, hökumətin Rusiya neft şirkətlərindən hasilatı azaltmaq tələbi yoxdur: “Bu istiqamətdə bizə imkanlar verən hər hansı beynəlxalq saziş də yoxdur”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler