» » Cahangir Əsgərovdan qiymətlər haqda - Açıqlama

Cahangir Əsgərovdan qiymətlər haqda - Açıqlama

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Cahangir Əsgərovdan qiymətlər haqda - Açıqlama

"Azərbaycan Hava Yolları" (AZAL) təyyarə biletlərinin qiymətinin qaldırılmayacağı ilə bağlı açıqlama yayıb.

Xalqİnfo.az xəbər verir ki, qurumun mətbut xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, bu yaxınlarda Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılması AZAL-ın aviabiletlərinin cari tariflərinə təsir etmir. Bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.

"Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək", - "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov bildirib.

Xatırladaq ki, bu ilin fevral ayında "Azərbaycan Hava Yolları"-nın satış və uçuş sxemi aşağı büdcəli aviadaşıyıcıların təcrübəsi əsasında qurulan brendi AZALJET fəaliyyətə başlayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler