» » SOCAR-ın noyabrda büdcəyə ödədiyi pul -

SOCAR-ın noyabrda büdcəyə ödədiyi pul - 116 milyon 193 min

Bölmə: İqtisadiyyat
SOCAR-ın noyabrda büdcəyə ödədiyi pul -

SOCAR tərəfindən bu ilin noyabr ayında dövlət büdcəsinə 116 milyon 193 min manat vəsait ödənilib.

XalqİnfoSOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumiyyətlə cari ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 266 milyon 365 min manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 381 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 1 milyon 192 min manat və ya 110,7 faiz çox olub. Ümumiyyətlə cari ilin yanvar-noyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 131 milyon 751 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 milyon 141 min manat və ya 104,1 faiz çox olub.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler