» » Nazir işıq və qaz qiymətindən danışdı -

Nazir işıq və qaz qiymətindən danışdı - “SOCAR zərərlə işləyirdi”

Bölmə: İqtisadiyyat
Nazir işıq və qaz qiymətindən danışdı -

İqtisadiyyat naziri Şahin Mustafayev Tarif Şurasının işıq və qazın qiymətinin qaldırılması ilə bağlı millət vəkillərinin səsləndirdiyi iradlara münasibət bildirib.

Xalqİnfo” xəbər verir ki, Milli Məclisin iclasında nazir qeyd edib ki, tariflərin differensiallaşdırılması SOCAR-ın zərərlə işləməsi ilə bağlıdır:

“Biz çox yaxşı başa düşürük ki, Tarif Şurasının qərarı çox da populyar qərar deyil. SOCAR-a 1000 kubmetr qaz hasilatı 140 manata başa gəlir. Amma 1000 kubmetrin satış qiyməti orta hesabla 90 manat təşkil edir. Faktiki olaraq SOCAR zərərlə işləyirdi. Buna görə də nəinki investisiya qoymaq, hasilatı müəyyən səviyyədə saxlamaq mümkün olmurdu. Dövlət vəsaitləri hesabına vəsaitin ayrılması məsələsi gündəmə gəlmişdi. Qaz hasilatı üçün işlərin görülməsi, təmir işlərinin aparılması, nəqletmə xərclərinə görə tariflərin differensiallaşdırılması zərurəti yarandı. Əhalinin həssas qrupları nəzərə alınaraq tariflərin differensiallaşdırılması qərarı verildi. Qaz istehlakına görə tariflər gələn ilin yanvarın 1-dən tətbiq olunacaq və əhali yay aylarında yeni tariflərlə ödəniş edəcək. Maliyyə nazirinin qeyd etdiyi kimi əhalinin aztəminatlı hissəsinə ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler