» » Tam yeni Porsche Panamera -

Tam yeni Porsche Panamera - Azərbaycanda

Bölmə: İqtisadiyyat
Tam yeni Porsche Panamera -

Lüks sedanlar arasında idman avtomobili

Əsl idman avtomobilinin dinamikasını və “lüks” sinfə aid modelin rahatlığı: bu iki ziddiyyətli xüsusiyyət yeni Porsche Panamera-da bu dəfə əvvəlkindən də daha çox uğurla birləşdirib. Demək olar ki, qran-turizmo anlayışı yenidən düşünülüb və yeni tərzdə təqdim olunub. Bunun üçün Porsche şirkəti Panamera-nın konsepsiyası ardıcıl surətdə təkmilləşdirərək, yeni texnika və dizayna malik dörd qapılı avtomobil ərsiyə gətirmişdir. Mühərriklər və sürət qutusu yenilənmiş, şassı daha da təkmilləşmiş, idarəetmə və indikasiya elementləri üçün isə gələcəyə tuşlanmış yeni konsepsiya yaradılıb həyata keçirilmişdir. Yeni Panamera idman avtomobili və uzaq səfərlər üçün nəzərdə tutulmuş rahat sedan arasında fərqi yox etməyə qadir olan həlləri ilə seçilir. Onların arasında arxa təkərlərin idarə olunması sistemini, kuzovun yana əyilməsinə qarşı çalışan aktiv sistemi və üçkameralı pnevmoasqını qeyd etmək olar.

911 modelinin dizayn xətti daha dinamik cizgilərdə

Bu iri Porsche-nin unikal konsepsiyası yeni ekspressiv dizaynda da öz əksini tapır: ilk baxışdan aydındır ki, bu Panamera-dır, ilk baxışdan aydındır ki, bu idman avtomobilidir – gərilmiş dinamik proporsiyaları, gözə çarpan “çiyinləri”, atletik formaları və arxa hissədə 20 mm aşağı salınmış dinamik dam xətti ilə. Porsche üçün səciyyəvi olan bu siluet xətti Porsche-nin “ikonası” sayılan 911-ci modeli ilə stilistik qohumluğunu nümayiş etdirir.

Funksiyaların zənginliyi və sadə idarəetmə: Porsche Advanced Cockpit
Porsche üçün tipik olan yeni Panamera-nın salonu gələcəyə istiqamətlənib. İnteraktiv displeylər və Black Panel texnologiyası ilə hazırlanmış panellər smartfon və planşetlərdə olan sadə və intuitiv idarəetmə ilə seçilir. Onların vasitəsilə avtomobilin müxtəlif funksiyalarını rahatlıqla idarə etmək mümkündür. Vərdiş etdiyimiz klassik düymə və ənənəvi cihazların sayı əhəmiyyətli dərəcədə ixtisar olunub. Onların əvəzinə yeni Porsche Advanced Cockpit konsepsiyası çərçivəsində sensor panellərin və fərdi tənzimlənən displeylərin istifadəsi nəzərdə tutulub. Bu, sürücü və sərnişinlərə daha çox üstünlüklər vəd edir: kommunikasiya, komfort və sürücüyə yardım sistemlərinin xeyli sayda artması ilə yanaşı, müxtəlif funksiyaların istifadəsi daha rahat və intuitiv olub. Porsche Advanced Cockpit konsepsiyası ənənəvi analoq texnikasını müasir rəqəmsal dünyaya köçürməyə imkan verir. Bununla yanaşı, hələ emosiyalar üçün də yer qalmış olur. Cihazlar panelinin mərkəzində 1955-ci ilin Porsche 356 A modelini xatırladan analoq taxometr yerləşdirilib.

Güclü və təsir bağışlayan səsə malik yeni V6 və V8 biturbo mühərriklər

İstənilən Porsche tək gücü ilə yox, həm də cazibəsi ilə təsir bağışlayır. Bu anlamı yeni səviyyəyə qaldırmaq üçün, Panamera-nın ikinci nəsli üçün nəzərdə tutulmuş bütün mühərriklər yenidən işlənib hazırlanmışdır. Daha güclü olmaqla yanaşı, onların həm də sərfiyyat və zərərli tullantılar göstəriciləri əhəmiyyətli sürətdə yaxşılaşdırılmışdır. Panamera Turbo, Panamera 4S və Panamera 4S Diesel üçün üç yeni birbaşa püskürməli biturbo mühərriklər təqdim olunub. Onların hər biri (dizel isə ilk dəfə olaraq) daimi tam ötürmə və yeni səkkiz pilləli Porsche Doppelkupplung (PDK) sürət qutusu ilə təklif olunur. 404 kVt / 550 a.g. malik benzin V8 Panamera Turbo-nu hərəkətə gətirir, 324 kVt / 440 a.g. hasil edən benzin V6 isə Panamera 4S-də istifadə olunur. Panamera 4S Diesel isə yüksək dartı qüvvəsi və 850 Nm maksimal fırlanma anını təmin edən 310 kVt / 422 a.g. malik V8 dizel mühərriklə təchiz olunur.

Yarış treki üçün yaradılmış lüks sedan

Yeni Panamera-nın konsepsiyası “lüks” sinfinin komfortu ilə əsl idman avtomobilinin dinamikasının ideal vəhdətinə yönəlib. Bunun üçün avtomobilinin konstruksiyası yeni, üç kamera texnologiyalı və Porsche Active Suspension Management (amortizatorların elektron tənzimlənməsi sistemi – PASM) sistemli adaptiv pnevmoasqı, Porsche Torque Vectoring Plus (PTV Plus) sisteminə malik və kuzovun yana əyilmələrə aktiv əks-təsiq göstərən təkmilləşdirilmiş Porsche Dynamic Chassis Control Sport (PDCC Sport) və həmçinin yeni elektromexaniki sükan sistemi kimi innovativ sistemlərlə təchiz olunub. Hərəkət hissəsinin tənzimləyən Porsche 4D-Chassis-Control sistemi asqının bütün elementlərinin işini daim təhlil edib sinxronlaşdıraraq, optimal rejimləri təmin edir. 918 Spyder və 911 Turbo modellərindən götürülüb uyğunlaşdırılan arxa təkərlərin yeni idarə olunması sistemi qran-turizmo sinfinə idman avtomobilinin dəqiqliyini və çevikliyini əlavə edib. Həmçinin, əyləc sisteminin də səmərəliliyi artırılmışdır.

Sürücüyə yardım sistemlərinin yeni nəsli

Panamera səyahəti daha rahat və təhlükəsiz edən standart və opsional sürücüyə yardım sistemləri ilə təchiz olunur. Ən mühüm innovasiyalardan biri gücə görünüşü sistemidir. O, istiliyə həssas kamera vasitəsilə insanları və digər iri canlıları müəyyən edərək displeydə rəngli xəbərdaredici işarə əks etdirir. Əgər avtomobil yeni 84 işıq diodlu faralarla təchiz olunmuşsa, bu halda avtomobilin önündə, lakin yaxın işığın işıqlandırılma zonasından uzaqda olan insanlar qısa müddət ərzində işıqlandırılırlar ki, sürücü vaxtında reaksiya verə bilsin. Yeni gecə görünüş sistemi sürücüyə təhlükəli vəziyyətlərin yaranmasının qarşısını almağa köməklik edən sistemlərə aiddir. Adaptiv kruiz-kontrola malik yeni Porsche InnoDrive sistemi xüsusi “görmə qabiliyyəti” ilə seçilir: naviqasiya sisteminin göstəricilərinə və həmçinin radar və videokameradan əldə olunan məlumatlara əsaslanaraq sistem növbəti üç kilometr yol üçün optimal sürətlənmə və tormozlama göstəricilərini hesablayıb işə salır, bundan savayı, sürət qutusunun pilləsinin seçimini həyata keçirir və ətalət qüvvəsi ilə hərəkətin mümkünlüyünü təhlil edir. Eyni zamanda bu elektron şturman avtomatik olaraq döngələri, eniş-yoxuşları və sürət məhdudiyyətini nəzərə alır.

Yeni mühərriklər barədə daha ətraflı: daha güclü, daha qənaətcil

Panamera-nın V6 və V8 turbomühərrikləri: yeni, güclü və qənaətcil. Onlar bir ümumi konseptual xüsusiyyətə malikdir – onların turboüfürücüləri silindrlər sıralarının arasındakı V-bənzər sahənin mərkəzində yerləşir. Central Turbo adlandırılan bu sxem çoxsaylı üstünlüklərə malikdir: mühərriklər daha yığcam alındığından, onları daha da aşağıda yerləşdirməklə avtomobilin ağırlıq mərkəzini aşağı salmaq mümkün olur. İki turboüfürücü və yanma kameraları arasında olan minimal məsafə mühərrikin akselerator pedalına daha həssas olmağını təmin edir. Mühərriki bundan da həssas etmək üçün digər opsiya: Sport Response düyməsinə malik hərəkət rejimlərinin dəyişdiricisi. İlk dəfə Porsche 918 Spyder-də istifadə olunmuş hərəkət rejimlərinin dəyişdiricisi sükan çarxında yerləşən və dörd hərəkət rejimlərindən (Normal, Sport, Sport Plus və Individual) birini intuitiv seçmək üçün nəzərdə tutulmuş fırlanan halqadır. Onun mərkəzində Sport Response düyməsi mövcuddur. Panamera-nın bütün güc potensialından istifadə etmək üçün o düyməyə bir dəfə basmaq kifayətdir.

Ən güclü benzin mühərrik Panamera Turbo üçün təklif olunur. 4,0-litrlik bu V8 biturbo aqreqat 404 kVt / 550 a.g. (dəqiqədə 5750 dövrə sayında) və maksimal 770 Nm (dəqiqədə 1960-dan 4500-dək dövrə sayında) fırlanma anı hasil edir. Sələfi ilə müqayisədə bu mühərrikin gücü 30 a.g., fırlanma anı isə 70 Nm artıb. Səkkiz silindrli mühərrik Panamera Turbo-nu saatda 100 km sürətədək 3,8 saniyəyə çatdırır, Sport Chrono paketi ilə isə buna cəmi 3,6 saniyə tələb olunur. Porsche-nin bu modelinin maksimal sürəti 306 km/s təşkil edir. Bir at gücünə cəmi 3,6 kq ağırlıq düşdüyünü nəzərə alsaq, valehedici göstəricilərin haradan qaynaqlandığı aydın olur. Qeyr-adi sürüş xüsusiyyətləri sələfi ilə müqayisədə azalmış orta yanacaq sərfiyyatı ilə tamamlanır. Yeni model 100 km yola 1,1 litr daha az yanacaq sərf edərək cəmi 9,4-9,2 litr tələb edir (yeni Avropa sürüş dövrəsinə uyğun – NEDC); müvafiq CO2 tullantılarının həcmi 214-212 q/km təşkil edir.

V8 mühərrikin yanma kameralarına sıxılmış hava mürəkkəb konstruksiyalı Twin Scroll sıxıcı üfürücülərdən daxil olur. Bir-birinin qarşısına fırlanan iki sıxıcı üfürücü ən aşağı dövrələrdən belə fırlanma anının yüksək göstəricilərini təmin edir. Həmçinin Panamera Turbo mühərriki silindrlərinin işinin yeni adaptiv idarəetmə sistemi ilə təchiz olunan ilk Porsche avtomobilidir. Qismən yüklənmə diapazonunda hərəkət zamanı sistem hiss edilmədən səkkiz silindrli aqreqatı bir müddət dörd silindrliyə çevirir. Bu, hərəkət və tələb olunan güc rejimindən asılı olaraq yanacağa 30 faizədək qənaət etmək imkanı verir.

Panamera 4S modeli 324 kVt / 440 a.g. (sələfi ilə müqayisədə +20 a.g.) hasil edən iki turbinli və həcmi 2,9 litr olan V6 mühərrikə malikdir; maksimal güc dəqiqədə 5650 dövrə sayında əldə olunur. Dəqiqədə 1750-dən 5500 dövrə sayında yeni altı silindrli aqreqat təsir bağışlayan 550 Nm (+30 Nm) hasil edir. Yerindən tərpəndikdən cəmi 4,4 saniyə (Sport Chrono paketi ilə isə 4,2) sonra Panamera 4S 100 km/s sürətə çatır. Bu Porsche-nin maksimal sürəti 289 km/s təşkil edir ki, bu da 300 km/s göstəricisinə çox yaxındır. Qarışıq rejimdə (NEDC) yanacaq sərfiyyatı 100 km yola 8,2-8,1 litr (CO2 tullantılarının həcmi 186-184 q/km) təşkil edir. Birinci nəsil Panamera 4S ilə müqayisədə bu 100 km yola 1,0 litr və ya 11 faiz yanacaq qənaəti deməkdir.

Panamera Turbo-nun səkkiz silindrli mühərrikində olduğu kimi, Panamera 4S-in altı silindrli aqreqatı da yanma kameralarının mərkəzində yerləşən birbaşa püskürmə forsunkalarına malikdir; onların belə yerləşməsi optimal yanmanı, yüksək səmərəliliyi və mühərrikin akselerator pedalının hərəkətinə yüksək həssaslığını təmin edir. 4S və Turbo modelləri səciyyəvi, qeyri-adi güclü səsləri ilə seçilirlər.

Yeni Panamera həmçinin yeni səkkiz silindrli dizel mühərriki ilə təchiz olunur. İlk dəfə olaraq, bu mühərrik daimi tam ötürmə ilə birgə təklif olunur. Seriya avtomobillərinə qoyulan, Porsche dizellərinin ən güclüsü 310 kVt / 422 a.g. (dəqiqədə 3500 dövrə sayında) hasil edir. Maksimal fırlanma anı vahimə doğuran 850 Nm təşkil edir – bu göstərici dəqiqədə 1000-3250 dövrə sayında dəyişilməz olaraq qalır. 285 km/s maksimal sürətə malik olan Porsche Panamera 4S hal-hazırda dünyanın ən sürətli dizel mühərrikə malik avtomobilidir. Yerindən saatda 100 kilometr sürətədək o, 4,5 (Sport Chrono paketi ilə isə 4,3) saniyəyə sürətlənir. Orta yanacaq sərfiyyatı isə (NEDC) 100 km yola 6,8-6,7 litr (CO2 tullantılarının həcmi 178-176 q/km) təşkil edir.

Dizel mühərrik də Central Turbo sxemi ilə qurulmuş cüt turboüfürücüyə malikdir. Common Rail püskürmə sisteminə (püskürmənin maksimal təzyiqi 2500 bar) malik bu aqreqat ardıcıl cüt üfürmə ilə təchiz olunub. Bu, hərəkət rejimindən asılı olaraq cüt və ya tək üfürmədən istifadə etmək imkanı verir. Aşağı və orta dövrələrdə işlənmiş qazların axını yalnız bir sıxıcı üfürücüdən keçir; bununla da mühərrikin həssaslığı yaxşılaşır. Yalnız dövrələrin sayı dəqiqədə 2700 keçdikdən sonra bu ana kimi passiv olan ikinci sıxıcı üfürücü işə qoşulur. Sıxıcı üfürücülərin hər ikisində 911 Turbo modelindən tanınan dəyişkən konfiqurasiyaya malik turbindən (VTG) istifadə olunur.

Dizayn barədə daha ətraflı: daha dinamik proporsiyalar

İkinci nəsil Panamera daha cəlbedici xarici görünüşə malikdir. İlk növbədə bunu dinamik proporsiyalarla izah etmək olar: yeni Panamera-nın uzunluğu 5049 mm (+34 mm), eni 1937 mm (+6 mm), hündürlüyü isə 1423 mm. Hündürlüyün artmasına baxmayaraq, yeni dördqapılı avtomobil daha da alçaq və gərilmiş görünür. Buna ilk növbədə arxa oturacaqlar zonasında damın 20 mm aşağı salınması ilə nail olublar. Nəticədə avtomobil tam başqa görünüş əldə edib. Təkərlərarası baza 30 mm artaraq indi 2950 mm təşkil edir ki, bu da öz növbəsində avtomobili vizual olaraq daha uzun göstərir. Ön təkərlər qabağa çəkilib; ön çıxıntı daha da kiçilib, lakin ön oxdan ön dirəyə olan məsafə daha da artıb. Arxa çıxıntı artıb, bu da avtomobilə daha zəhmli görünüş bəxş edir.

Panameranın eni cəmi 6 mm artıb, lakin avtomobilin bir-neçə santimetr artması təəssürat yaranır. Bu effekt tam yeni öz hissənin A-bənzər havaqəbuledicilərin sayəsində yaranır. Eyni zamanda, radiator barmaqlığındakı bənd də avtomobilin enli olduğunu vurğulayır. Oxabənzər kapot vizual olaraq daha uzun və alçaq görünür – ilk növbədə bamperədək uzanan cəlbedici çıxıntının sayəsində. Daha yığcam mühərriklərin istifadəsi ön hissənin daha alçaq alınmasını mümkün etdi. Kapotun solunda və sağında ön qanadlar ucalır – bu, Porsche-nin səciyyəvi dizayn elementlərindən biridir. Dörd nöqtəli diodlu gündüz işıqlarına malik LED tipli faralar avtomobilin sanballı görünüşünü tamamlayır. Bu faralar üç variantda təklif olunur.

Tam yeni yan hissə kapot, baqaj bölməsinin qapağı, dam və qanadlar kimi tamamilə alümindən hazırlanıb. Burada avtomobilin idmansayağı siluetini vurğulayan damın dinamik xəttini qeyd etmək olar. Arxa hissədə bu xətt brendin hər bir kupesinin fərqləndirici əlaməti olan Porsche siluetinin xarizmatık cizgisinə çevrilir. Damın yanlarından keçən iki iti haşiyə avtomobilin siluetini daha da alçaq göstərir. Pəncərələrin xarici görünüşü də dəyişikliklərə məruz qalıb; vizual olaraq onlar bir səth kimi görünür, arxa hissədə isə Porsche 911 xatırlayan stilistik element yaradırlar. Qapı və qanadlar üçölçülü görünüşə malikdir; qabarıq və batıq hissələrə düşən işıq gərilmiş səth təəssüratı yaradır. Ön təkərlərin arxasındakı hava dəlikləri dizaynın ayrılmaz hissəsidir. İçərisində 19-düymlük (4S / 4S Diesel), 20-düymlük (Turbo) və ya opsional 21-düymlük yüngül lehimli disklərə malik təkərlər yerləşən təkər arkaları çox əzəmətli görünür.

Panamera-nın sadə sedan yox, dördqapılı kupe olması daha aydın onun arxa hissəsindən görünür. Bel xəttindən yuxarıda yerləşən avtomobilin üst hissəsi (dam, dirəklər, pəncərələr) enli və güclü “çiyinlər” üzərində qərarlaşıb. İstənilən idman avtomobilində olduğu kimi, bu, Panamera üçün də tipikdir. Avtomobilin arxa hissəsini fərqləndirən ən parlaq elementlərdən biri dörd nöqtəli stop-işıqlara malik üçölçülü tam LED tipli arxa fənərlərdir. Arxa fənərlər bir-biri ilə nazik LED tipli zolaqla birləşdirilib. Bu elementlərin hamısının ahəngi gecə vaxtı unikal siluet yaradır. Baqaj bölməsinin standart təchizata daxil elektrik ötürücülü qapağında mükəmməl şəkildə kuzov rənginə boyanmış hərəkətli arxa spoyler inteqrasiya olunub. Panamera Turbo modelində bu spoyler yerindən çıxandan sonra yan tərəflərə açılır ki, bu da səthin ümumi sahəsini artırmağa imkan verir. Arxa bamperin aşağı hissəsində yerləşən diffuzorun sağ və sol hissəsinə səsboğucu borularının cütlənmiş paslanmayan poladdan hazırlanmış başlıqları inteqrasiya olunub. Panamera 4S və Panamera 4S Diesel modellərini yumru başlıqlardan tanımaq mümkündür.; Panamera Turbo trapesiya formalı başlıqlara malikdir.

Porsche-nin gələcəyə istiqamətlənmiş idarəetmə fəlsəfəsi

Yeni Panamera tam yeni salonu ilə seçilir. Klassik düymələri əsasən sensor panellər əvəz edib; yüksək təsvirə malik displeylər interyerin dizaynında ahənglik yaradır. 918 Spyder modelindən Porsche salonlarında rəqəmsal texnikaya başlayan keçid yeni səviyyəyə qalxıb. Bunu Panamera-da istifadə olunmuş yeni Porsche Advanced Cockpit konsepsiyasından aydın görmək mümkündür. İdman avtomobillərində qəbul olunduğu kimi, sürücü çox alçaqda əyləşir. Onun gözlərinin önündə qanadın və kapotdakı çıxıntının cazibədar xəttlərindən savayı həm də iki 7-düymlük displey yerləşir. Onların arasında əvvəlki kimi analoq taxometr yer alıb. Ön paneldə dominant mövqeyində yeni nəsil Porsche Communication Management (PCM) sisteminin tərkib hissəsi olan 12,3-düymlük sensorlu displey quraşdırılıb. Sürücü və ön sərnişin onu fərdi şəkildə tənzimləyə bilərlər. PCM sisteminə Porsche Connect-in onlayn-naviqasiyası və onlayn-xidmətləri inteqrasiya olunub, Apple CarPlay vasitəsilə smartfonu avtomobilə qoşmaq imkanı və danışanın səsinə dəqiq reaksiya verən yeni səslə idarəetmə sistemi mövcuddur. Yüksək təsvirli PCM displeyindən sensorlu panel (Black Panel) və PDK-nın elektron selektor yerləşən mərkəzi konsola rəvan keçid yaradılıb. Mərkəzi konsolda müxtəlif funksiyaları intuitiv idarə olunmasını təmin edən sensor düymələrə malik yeni idarəetmə paneli yer alıb. Hətta mərkəzi deflektorun plastinləri belə elektron sürünkəc vasitəsilə elektrik ötürücülərlə tənzimlənir. Məlumat-əyləncə və opsional dördzonalı iqlimə-nəzarət sistemlərinin idarə olunması sərnişinlərin ixtiyarına verilib.

Bundan savayı, Porsche Panamera 40:20:40 nisbətində qatlanan söykənəcəkli arxa oturacaqlara malikdir (baqaj bölməsinin həcmi 495 litrdən 1304 litrədək dəyişir). Bunun sayəsində geniş transformasiya imkanları mövcuddur ki, bu da öz növbəsində Panamera-nı “lüks” sinfində gündəlik istismar üçün ən yararlı model saymaq imkanı verir. Rahatlığın ən yüksək pilləsinə Panamera-nı yeni opsional sistemlər qaldırır. Bunların arasında panorama tipli damı, masaj funksiyalı oturacaqları, xüsusi salon işıqlandırılmasını və Burmester şirkətindən 3D-High-End audiosistemi qeyd etmək olar.

Yeni Panamera Turbo və Panamera 4S avtomobilləri ilə Porsche Bakı Mərkəzində yaxından tanış ola bilərsiniz.
Mikayıl Əliyev küç., 7
Tel.: (012/050) 511 33 44




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Tam yeni Porsche Panamera -
Tam yeni Porsche Panamera -
Tam yeni Porsche Panamera -
Tam yeni Porsche Panamera -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler