» » BFB hərrac keçirəcək

BFB hərrac keçirəcək

Bölmə: İqtisadiyyat
BFB hərrac keçirəcək

Dekabrın 7-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Xalqİnfo.az xəbər verir ki, BFB-dən “Qafqazinfo”ya verilən məlumata görə, hərraca çıxarılan bir notun nominal dəyəri 100 manat, ümumi həcmi 75 mln. manat təşkil edir.

Notların tədavül müddəti 29 gün, ödəmə tarixi 5 dekabr 2017-ci ildir.

Mərkəzi Bank qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler