» » “Yaşıl dəhliz“ layihəsinə start verildi

“Yaşıl dəhliz“ layihəsinə start verildi

Bölmə: İqtisadiyyat
“Yaşıl dəhliz“ layihəsinə start verildi

Vergi ödəyiciləri üçün “Yaşıl dəhliz“ layihəsinə start verilib.

Xalqİnfo.az xəbər verir ki, Vergilər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 97%-i isə elektron formada təqdim olunur. Bununla yanaşı, ölkənin müxtəlif regionlarında 57 müasir xidmət mərkəzi vergi ödəyicilərinin ixtiyarına verilib.

İntizamlı vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi, vergitutma sahəsində fəaliyyətinin uçotda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb.

Vergilər nazirinin müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində yaradılan “Şəffaf Vergi Partnyorluğu” idarələri artıq bu gündən vergi ödəyicilərinə xidmətə başlayıb. Bu günə Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı 430-dan yuxarıdır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler