» » Siqaret qaçaqmalçılığının qarşısı alındı

Siqaret qaçaqmalçılığının qarşısı alındı

Bölmə: İqtisadiyyat
Siqaret qaçaqmalçılığının qarşısı alındı

Gürcüstandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.

Xalqİnfo.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 9600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler