» » “Neftin qiyməti ilə bağlı yaranmış vəziyyətdə...” - İlham Əliyev

“Neftin qiyməti ilə bağlı yaranmış vəziyyətdə...” - İlham Əliyev

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
“Neftin qiyməti ilə bağlı yaranmış vəziyyətdə...” - İlham Əliyev

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İ.Əliyev görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın enerji sektorundan tutmuş iqtisadiyyatın digər müxtəlif sahələrinədək şaxələndirilməsinin önəmini vurğulayıb. İqtisadiyyatın şaxələndirilməsini ölkəmizin əsas məqsədlərindən biri kimi dəyərləndirən dövlət başçısı xüsusilə neftin qiyməti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bunun mühüm əhəmiyyət daşıdığını bildirib. İlham Əliyev gələcəkdə dayanıqlı inkişafa yardım edə biləcək sahələrdə ənənəvi tərəfdaşlarımızla daha möhkəm əlaqələrin qurulmasının önəmini qeyd edib.

Baronessa Nikolson Azərbaycan ilə əməkdaşlığa toxunaraq, ölkəmizin müvafiq maliyyə qurumları, o cümlədən bankları və fond birjası ilə əlaqələrin qurulduğunu məmnunluqla qeyd edərək, London Fond Birjasının Azərbaycan ilə tam tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib. Baronessa Nikolson gələn ilin yazında Londonda Azərbaycanın maliyyə strukturları ilə birgə konfransın keçirilməsini təklif edərək, dövlət başçısının orada iştirakının əhəmiyyətli ola biləcəyini deyib.(Mia.az)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler