» » Azərbaycanda büdcə xərci ciddi şəkildə azaldıldı -

Azərbaycanda büdcə xərci ciddi şəkildə azaldıldı - Rəqəmlər

Bölmə: İqtisadiyyat
Azərbaycanda büdcə xərci ciddi şəkildə azaldıldı -

2017- ci ilin dövlət büdcəsində sosialyönlü xərclərdə artım nəzərdə tutulub.

XalqInfo” xəbər verir ki, büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması üzrə xərclərin xüsusi çəkisi 40,3 faiz olmaqla (əvvəlki illə müqayisədə 5,7 faiz-bənd çox), 6686,0 mln. manat vəsait proqnozlaşdırılıb. Bu da 2016-cı illə müqayisədə 292,4 mln. manat və ya 4,6 faiz çoxdur.

Eyni zamanda 2017-cı il dövlət büdcəsi üzrə müdafiə olunan və onlara bərabər tutulan xərclər (əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və öhdəliklər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatarının alınması xərcləri) istisna olmaqla, əvvəlki illə müqayisədə digər xərclər üzrə az vəsait proqnozlaşdırılıb.

2017-ci il dövlət büdcəsinin xərcləri 16600,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 1895,0 mln. manat və ya 10,2 faiz az deməkdir.

2017-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,7 faizi həcmində və ya 9745,2 mln. manat (əvvəlki ilə nisbətən 2360,4 mln. manat və ya 19,5 faiz az), əsaslı xərclərə ümumi xərclərin 31,4 faizi həcmində və ya 5213,0 mln. manat manat (əvvəlki ilə nisbətən 598,7 mln. manat və ya 13,0 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,9 faizi həcmində və ya 1641,8 mln. manat manat (əvvəlki ilə nisbətən 133,3 mln. manat və ya 7,5 faiz az) vəsait yönəldiləcək.

Azərbaycanda büdcə xərci ciddi şəkildə azaldıldı -














İqtisadçı ekspert Rövşən Ağayev də sosial şəbəkədə xərcləri azaldılan istiqamətlər üzrə göstəriciləri açıqlayıb. Dövlət borcuna xidmət xərcləri 127 milyon manat, elm xərcləri 6.8 milyon manat, Naxçıvana dotasiya 11 milyon manat, hüquq mühafizə xərcləri 19 milyon manat, təhsil xərcləri 126 milyon manat, səhiyyə xərcləri 30,4 milyon manat, sosial müdafiə xərcləri 64.7 milyon manat, mədəniyyət-incəsənət xərcləri 19.5 milyon manat, idman xərcləri 201 milyon manat, kənd təsərrüfatı xərcləri 305.5 milyon manat, sahibkarlığa dəstək 102 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər 633.3 milyon manat həcmində azaldılıb.

Xərcləri artan istiqamətlər artırılan məbləğlər isə müdafiə və tikinti sektoru xərcləridir. Belə ki, müdafiə xərclərinə 1.027 milyard manat, tikinti xərclərinə isə 639 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulub. Beləliklə, 2017-ci ildə müdafiə sektoruna 2, 8 milyard manat vəsait ayrılacaq.

Ekspert qeyd edib ki, 15-dək bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər 1.7 milyard manata yaxın azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də komitə iclasında çıxışı zamanı büdcədə sosialyönümlü sahələr üzrə ayrılan vəsaitin artırılmasının müsbət hal olduğunu vurğulayıb.

Beləliklə, 2017- ci ilin dövlət büdcəsində sosialyönlü sahələr istisna olmaqla, qalan digər sahələrə çəkilən xərclərdə azalma proqnozlaşdırılıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler