» » Küveyt iş adamları Azərbaycana gəlir

Küveyt iş adamları Azərbaycana gəlir

Bölmə: İqtisadiyyat
Küveyt iş adamları Azərbaycana gəlir

Küveytli investorlar Azərbaycanda daşınmaz əmlak bazarına maraq göstərirlər.

Xalqİnfo” xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman deyib. Artıq küveytli investorlar Azərbaycan iqtisadiyyatına yatırımlar edirlər. Səfirin sözlərinə görə bu, kənd təsərrüfatı və turizm sahələrini əhatə edir.

Səfir əlavə edib ki, ilk investisiya layihələri Qəbələ, İsmayıllı, Quba və Qusarda həyata keçirilməyə başlayıb.

Səfirin sözlərinə görə, Azərbaycanın turizm potensialı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında böyük rol oynayır: "Küveytlilər turist səfərləri etməyi xoşlayırlar. Azərbaycana gələn küveytlilər daşınmaz əmlak bazarına da maraq göstərir. Bundan başqa, onlar Azərbaycanda fermer təsərrüfatlarının yaradılmasında maraqlıdırlar".

İki ölkənin ticarət əlaqələrindən danışan səfir Küveytin Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etdiyini də vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsi 2016-cı ilin yanvar-sentyabr aylarında 2,96 milyon dollar təşkil edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler