» » Komitənin sonuncu hərracı rəqabətli keçib

Komitənin sonuncu hərracı rəqabətli keçib

Bölmə: İqtisadiyyat
Komitənin sonuncu hərracı rəqabətli keçib

Əmlak Məsələləri Dövlət Komitəsi ictimai nəzarət və şəffaflıq prinsiplərinin tətbiqi ilə keçirdiyi açıq hərracları davam etdirir.

Xalqİnfo” xəbər verir ki, növbəti dəfə 15 noyabr tarixində keçirilən belə hərracda ümumilikdə 18 əmlak özəlləşdirilib. Bunun 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub. Hərrac nəticəsində dövlət büdcəsinə 1,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.

Qeyd edək ki, bu dəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, bir neçə qeyri-yaşayış sahəsinə verilən sifarişlərin çoxluğu səbəbindən bu əmlakların satışı üzrə hərraclar rəqabətli olub və ən yüksək qiyməti təklif edən qalib elan edilib.

Hərracda Bakı şəhəri Nəsimi rayonunda yerləşən və start qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 12 min manata təklif olunduğu halda, 12 min 500 manata özəlləşdirilib. Hərracda satılmış 2 kiçik dövlət müəssisəsinin biri Bakıda, digəri isə Mingəçevirdə yerləşir.

Hərracda “İmişli Pambıq” və “Neftçala Pambıq” səhmdar cəmiyyətləri, Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi də özəlləşdirilib.

Növbəti belə hərrac 22 noyabrda keçiriləcək və 78 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler