» » “Xəzri pul gətirəcək” -

“Xəzri pul gətirəcək” - 1000 manat

Bölmə: İqtisadiyyat
“Xəzri pul gətirəcək” -

Kapital Bank “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereya keçirir. “Xəzri” sistemi ilə pul göndərən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər.

"Xalqİnfo" xəbər verir ki, lotereyada hər göndərilən 100 manat, 1 şansa bərabərdir. 10 fevral 2017-ci il tarixədək keçiriləcək lotereya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1000 manat qazanacaq.

“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.

Qeyd edək ki, Ata Bank, AFB Bank və VTB-Azərbaycan bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələri həyata keçirə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Xəzri pul gətirəcək” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler