» » AST Telman “Mardan Palace”ni geri qaytarır

AST Telman “Mardan Palace”ni geri qaytarır

Bölmə: İqtisadiyyat
AST Telman “Mardan Palace”ni geri qaytarır

Azərbaycanlı biznesmen Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” otelinin satış tenderinin nəticələri ləğv edilib.

Xalqİnfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iş adamının Türkiyədə “Xalq Bank” və “Garanti Bank” arasında yaranan borc qalmaqalından sonra hər iki bank “Mardan Palace” otelin satışa çıxarılmasını tələb edib.

Daha sonra “Xalq Bank” satış tələbini rədd etsə də, “Garanti Bank” öz tələbindən imtina etməyib. Satışa çıxarılan otel isə tenderin yeganə iştirakçısı olan “Xalq Bank” tərəfindən 360 milyon 50 min lirəyə (təxmini 185 milyon manat) alınıb.

Telman İsmayılovun borc qalmaqalı bununla da bitməyib və bu dəfə onun borclu olduğu “Güclü İnşaat” tenderin nəticəsinin ləğvi üçün məhməkəyə müraciət edib. Lakin “Güclü İnşaat”ın tələbi rədd edilib.

Sonda isə biznesmenə aid AST şirkəti məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə tenderin nəticələri ləğv edilib.

Məsələyə “Mardan Palace” otelinin baş direktoru Çətin Pəhləvan münasibət bildirib. O, məhkəmənin ədalətli qərar verdiyini və banklara olan borcların ödənilməsi üçün qarşılıqlı həll yolu axtardıqlarını deyib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

AST Telman “Mardan Palace”ni geri qaytarır

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler