» » Bakıda hərrac keçirildi

Bakıda hərrac keçirildi

Bölmə: İqtisadiyyat
Bakıda hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.

"Xalqİnfo" bildirir ki, Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hərracda 2 səhmdar cəmiyyəti, 3 kiçik dövlət müəssisə və obyekti və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərrac nəticəsində dövlət büdcəsinə 0,8 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.

Hərracda ən yüksək qiymət Bakının Nizami rayonunda yerləşən 62,2 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, adı çəkilən əmlak 25.000 manata özəlləşdirilib. 20.000 manat isə paytaxtın eyni rayonunda yerləşən 55 kv.m. sahəsi olan digər istifadəsiz qeyri-yaşayış sahəsinə təklif olunub. Kiçik dövlət obyektlərindən isə paytaxtın Binəqədi rayonunda yerləşən 44 saylı mağazaya 21.250 manat, Suraxanıdakı 112 saylı mağazaya isə 20.000 manat təklif edilib və özəlləşdirilib.

Xatırladaq ki, növbəti belə hərrac 15 noyabrda keçiriləcək və 73 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler