» » “Nar Bayramı”nda yeni ənənə -

“Nar Bayramı”nda yeni ənənə - Gazelli-dən

Bölmə: İqtisadiyyat
“Nar Bayramı”nda yeni ənənə -

Şirkətin stendi tədbirin ən maraqlı stendlərindən oldu

Noyabrın 5-i Göyçayda baş tutmuş ənənəvi “Nar Bayramı”nın qonaqları xoş təsadüflə qarşılaşıblar. Təsəvvür edin, yüzlərlə kiloqram nar, hər tərəfdə nar şirələri, mahnılar, əyləncələr və birdən, Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı olan Gazelli Group-un stendi, üzərində isə şampun, saç balzamı, duş geli və maye sabun...

Məlum məsələdir ki, hamını bir sual maraqlandırıb. Bu məhsulların “Nar Bayramı”na nə aidiyyəti? Xeyr. Bu səhv deyil, çünki bu bayramda şirkətin təmsil olunduğu Buta brendinin məhsullarının hazırlanmasında məhz nar ekstraktından istifadə edilir.

Gazelli Group-un İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı bildirib ki, Gazelli Groupun Buta brendi ilə yanaşı istehsal etdiyi 500-dən çox kosmetik vasitələrinin resepturası şirkətin elmi-sınaq laboratoriyasında hazırlanır. 17 ildir fəaliyyət göstərən və 250-dən çox insanın çalışdığı Gazelli Groupu 12 000 kv metr ərazisi olan fabrikinə malikdir. İstehsal olunmuş məhsulların keyfiyyəti isə beynəlxalq standartlara tam uyğundur. Gazelli Group Cənubi Qafqazda yeganə, Dünyada isə nadir şirkətlərdəndir ki, GMP sertifikatı alıb, hər bir məhsulunun isə avropa və Halal sertifikatları var.

Məhsullarını “Made in Azerbaycan” konsepsiyası ilə satışa çıxaran Gazelli Groupun stendləri tədbirin bəzəyi olub. Səhər saat 11-dən, bayram qurtaranadək stendin qarşısında izdiham yaşanıb. Gazelli Group “Nar Bayramı”nda minlərlə insanı birləşdirən yeni ənənəni də dəbə salıb. Bu simvolik nar, tədbirin əvvəlində hələ “yetişməmiş” idi. Lakin arzusu olan hər kəs, nar dənələrini simvolizə edən qırmızı lentləri bağlayaraq, yerli istehsala bu şəkildə dəstək vermiş oldular. Beləliklə, tədbirin ən məşhur atributlarından olan bu Nar bayramın sonuna yaxın artıq “yetişmişdir” . Yerli istehsala dəstək verənlər arasında körpə uşaqlardan tutmuş, böyüklərə qədər hər kəs, o cümlədən Göyçay icra başçısı Mehdi Səlimzadə, millət vəkilləri və xarici ölkələrin ölkəmizdə akreditasiya olunmuş səfirləri də var idi. Gazelli Group bundan sonra da “münasib qiymət, yüksən keyfiyyət” prinsipinə sadiq qalacaq və müştərilərini sevindirməkdə davam edəcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -
“Nar Bayramı”nda yeni ənənə -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler