» » Palatadan banklara növbəti xəbərdarlıq

Palatadan banklara növbəti xəbərdarlıq

Bölmə: İqtisadiyyat
Palatadan banklara növbəti xəbərdarlıq

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın kommersiya banklarına valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı növbəti xəbərdarlıq məktubu göndərib.

Xalqİnfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Eyni zamanda, bankların yüksək menecerləri ilə MBNP-da xüsusi görüş keçirilib. Görüşdə bəyan edilib ki, hər hansı bir bank indiki həssas dövrdə valyuta mübadilələri əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələblərini pozarsa, ona qarşı ən ciddi tədbirlər görüləcək.

“Bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Əgər hər hansı bank, onun filialı, şöbəsi, satış nöqtələri qanunu pozarsa, biz dərhal müvafiq tədbirlər görürük. Bunun üçün bizə müraciət etmək lazımdır və bu müraciətlər əsasında lazımi addımlar atılacaq”, – deyə R.Aslanlı qeyd edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler