» » Azərbaycan və İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlıq edəcək

Azərbaycan və İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlıq edəcək

Bölmə: İqtisadiyyat, GÜNDƏM
Azərbaycan və İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlıq edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədə işgüzar səfərdədir.

Xalqİnfo.az xəbər verir ki, səfər zamanı İsveçrə Maliyyə Bazarlarına Nəzarət Orqanının (FİNMA) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərliyi və yüksək səviyyəli rəsmiləri ilə görüş keçirilib.

Səfərin birinci günündə baş tutmuş görüş zamanı Azərbaycan nümayəndə heyəti üçün FİNMA-nın fəaliyyət istiqamətlərinə dair təqdimatlar edilib və təcrübə mübadiləsi keçirilib. Görüş zamanı Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı rəhbərlik etdiyi qurumun FİNMA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və mövcud əlaqələrin daha da genişləndirilməsi üçün hər iki qurumun böyük potensiala malik olduğunu bildirib.

Səfərin ikinci günündə SECO-nun qərargahında görüş keçirilib. Görüşdə texniki yardım imkanları, müxtəlif layihələr, o cümlədən uğurla reallaşdırılıb. Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi (CMMP) müzakirə edilib. Görüş zamanı SECO rəhbərliyinin müavini Conas Frank qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edib, iki qurum arasında inkişaf tendensiyasından razılıqla söhbət açıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.(Modern.az)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler