» » Bakıda bal yarmarkası -

Bakıda bal yarmarkası - FOTOLAR

Bölmə: İqtisadiyyat
Bakıda bal yarmarkası -
Oktyabrın 15-də Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkada 8 iqtisadi rayon üzrə 254 arıçı iştirak edib.

Xalqİnfo.az bildirir ki, fotoqraf Gülər Abbasova BBC Azərbaycanca üçün tədbirdən şəkillər çəkib.

Yarmarkaya bu il 71 ton 700 kiloqram bal çıxarılıb. Ötən il bu göstərici 250 tona yaxın olub.

Bu ilki yarmarkaya məhsullarını çıxaran arıçılar balın ötən ilkinə nisbətən bir qədər baha olduğunu bildirir. Bu il hava şəraitinə görə məhsulun az, lakin çəkilən xərclərin çox olması arıçılıq məhsullarının qiymətlərində artıma səbəb olub.
Balın 1 kiloqramının çəkisi yarmarkada 15-25 manat arası dəyişir. Arıçıların bildirdiyinə görə məhsul üçün çəkilən xərcləri satışdan çətinliklə qazana bilirlər.

Qaxlı arıçı Elnarə Həsrətova deyir ki, satışda təmiz akasiya balı yoxdur. Səbəb isə akasiya ağaclarının kəsilməsidir. Az sayda ağaclardan toplanan akasiya balı digər balların qarışığı ilə birgə satışa çıxarılır.

Lerikli arıçı Əzizağa İbrahimov bu il məhsulun azlığına baxmayaraq keyfiyyətinin yüksək olduğunu bildirir.

"Ötən il bir yeşik arıdan 8 kq bal ala bilmişdiksə, bu il məhsul 4 kq oldu. Havanın yağmurlu olması bu il məhsuldarlığı aşağı saldı",- Naxçıvanlı arıçı Müşfiq Məmmədov deyir.

Arıçıların dediyinə görə qiymətlərin bahalaşmasına baxmayaraq alıcılar az deyil.(Milli.az)

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Bakıda bal yarmarkası -
Bakıda bal yarmarkası -
Bakıda bal yarmarkası -
Bakıda bal yarmarkası -
Bakıda bal yarmarkası -
Bakıda bal yarmarkası -
Bakıda bal yarmarkası -
Bakıda bal yarmarkası -
Bakıda bal yarmarkası -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler