» » Mal əti, quş əti, yumurtanın istehsalçı qiyməti bahalaşıb

Mal əti, quş əti, yumurtanın istehsalçı qiyməti bahalaşıb

Bölmə: İqtisadiyyat
Mal əti, quş əti, yumurtanın istehsalçı qiyməti bahalaşıb
Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz bahalaşıb

Xalqİnfo.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz bahalaşıb.

2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,1 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 1,7 və 0,5 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından baş soğanın istehsalçı qiymətində ucuzlaşma, lobya, xiyar, badımcan, pomidor, bibər, baş sarımsaq, fındıq, armudun istehsalçı qiymətində isə bahalaşma müşahidə olunub. Sentyabr ayında heyvandarlıq məhsullarından mal əti, quş əti, yumurtanın da istehsalçı qiyməti bahalaşıb.

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler