» » Azərbaycandan Rusiyaya Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ilk sınaq konteynerlər göndərilib

Azərbaycandan Rusiyaya Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ilk sınaq konteynerlər göndərilib

Bölmə: İqtisadiyyat
Azərbaycandan Rusiyaya Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ilk sınaq konteynerlər göndərilib
Bu gün ilk dəfə olaraq Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Hindistanın Banqalor şəhərindən Rusiyanın Vorsino stansiyasına test olaraq göndərilməsi planlaşdrılmış elektrik avadanlıq və onlara ehtiyyat hissələri ilə yüklənmiş 5 ədəd 40 futluq universal kontenerlərdən 3-ü “ADY Express” şirkətinin Astara Yük Həyətində qəbul edilib, platformalara yükləndikdən sonra Astara stansiyasından təyinatı üzrə yola salınıb.

"Xalqİnfo" bildirirki, "ADY Express"dən "Report"a daxil olan xəbərə görə, konteynerlər Hindistanın Mumbay şəhərindən dəniz vasitəsi ilə İranın Bəndər Abbas Limanına, oradan dəmir yolu ilə Qəzvin stansiyasına, oradan da avtomobillərlə Azərbaycan Astarasına çatdırılaraq Rusiyaya yola salınıb. Artıq demək olar ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün iştirakçı ölkələri yükdaşımalar prosesinə qoşulublar.

Bir neçə gün öncə isə “ADY Express” Cənub-Qərb nəqliyyat dəhlizi ilə daha bir əməliyyat həyata keçirib. Belə ki, İrandan Avropaya göndərilən mərmərlə yüklənmiş 10 ədəd 20 futluq konteynerlər yük avtomobillərdən dəmir yolu platformalarına aşırılaraq Astara dəmir yolu stansiyasından yola salınıb.
Xatırladaq ki, hələlik yüklər İrandan avtomobillərlə daxil olur, Astarada “ADY Express”ə məxsus Yük Həyətində vaqonlara aşırılaraq Astara d/y stansiyasından yola salınır. Həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astarada vaqonlara yüklənməsi Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu fərmandan irəli gələn qaydaların təsdiq etməsi nəticəsində mümkün olub.

Həmin fərmana uyğun olaraq, Azərbaycan ərazisindən sonrakı nəqli dəmir yolları ilə edilməsi şərtilə yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.

Astaraçay üzərində salınan dəmir yol körpüsünün tikintisi isə başa çatmaq üzrədir. İnşa edilən körpü və salınan yeni dəmiryolu Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyasını birləşdiriləcək. Bu da öz növbəsində Şimal-Cənub və Cənub-Qərb marşrutlarında yük dövrüyyəsinin intensivləşməsinə böyük təkan verəcək.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

Azərbaycandan Rusiyaya Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ilk sınaq konteynerlər göndərilib
Azərbaycandan Rusiyaya Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ilk sınaq konteynerlər göndərilib
Azərbaycandan Rusiyaya Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ilk sınaq konteynerlər göndərilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler