» » "Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim..."-“Azərsun” prezidenti

"Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim..."-“Azərsun” prezidenti

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
"Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim..."-“Azərsun” prezidenti
Azərbaycanın qida sektorunun əsas təminatçısı olan “Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl media nümayəndələri ilə görüş keçirir.

"Xalqİnfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, media rəhbərləri ilə görüşdə A. Gözəl iqtisadi böhran, Azərbaycanda son vaxtlar həyata keçirilən sosial islahatlar, qida sektorundakı vəziyyət, böhrandan çıxış yolları barədə sualları cavablandırır.

A. Gözəl rəhbərlik etdiyi şirkətdə istehsal olunan məhsulların dünyada tanındığını qeyd edib: “Biz “Azərçay”ı Azərbaycan brendinə çevirmişik. İndi dünyanın harasına gedirsənsə, “Azərçay” istəyirlər. Mətbuat bizi göstərən güzgüdür. İstəyirik ki, bizi olduğumuz kimi göstərsin. Nə böyük, nə balaca…”

***

“Azersun” holdingin rəhbəri Abdulbari Gözəl mətbuatda onların əleyhinə qiymət artımı ilə bağlı dərc olunan yazılara münasibət bildirib:

“Elə məhsullar var ki, onlar yüz faiz yerli istehsaldır, lakin qablaşdırılması xaricdən gətirilir. Ona görə qiymət artımı olanda, bunlara nisbətən az təsir edir. Lakin elə məhsullar var ki, məhsul xaricdən gətirilir, lakin emal burada olur. Həmin məhsullarda artım qaçılmazdır. Məsələn, dolların qiymətində 100 faiz artım olsa da, bizdə artım 40 faiz olub. Təbii ki, zərərə işləsək qiymətə əl atacam. Başqa çıxış yolum yoxdur.

İllər əvvəl Heydər Əliyev bu sahəni mənə etimad etdi. Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim. Azərbaycanda bu işi qurmağı daha məqsədəuyğun hesab etdim”.

***

“Azərsun Holdinq” Şirkətlər Qrupu bir neçə yeni məhsulunu “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır.

AzərTac xəbər verir ki, bu barədə “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gözəl məlumat verib.

Bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında” Fərmanı istiqamətində “Azərsun Holdinq” tərəfindən də mühüm işlər görülür.

“Azərsun Holdinq” tərəfindən indiyədək 200 hektar sahədə 200 minədək meyvə ağacı əkilib. Şirkətlər Qrupunun “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxaracağı yeni məhsullar nar məhsulları və enerji şirələridir”, - deyə A.Gözəl qeyd edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

"Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim..."-“Azərsun” prezidenti
"Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim..."-“Azərsun” prezidenti
"Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim..."-“Azərsun” prezidenti

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler