» » Dollar bazarında nə dəyişəcək? - Mərkəzi Bankın qərarına şərh

Dollar bazarında nə dəyişəcək? - Mərkəzi Bankın qərarına şərh

Bölmə: İqtisadiyyat, MANŞET
Dollar bazarında nə dəyişəcək? - Mərkəzi Bankın qərarına şərh
“Bundan sonra texniki cəhətdən daha təkmilləşdirilmiş bir hərrac həyata keçiriləcək. Hərracda valyuta almaq istəyən və əvvəlcədən sifariş verən bankların həm də valyuta satmaq imkanları yaranacaq”.

"Xalqİnfo" bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Qubad İbadoğlu Mərkəzi Bankın dolların satışı ilə bağlı tətbiq etdiyi yeni mexanizmdən danışarkən deyib.

Onun sözlərinə görə, bazarda alqı-satqı ilə bağlı məhdudiyyətlər olmamalıdır: “Ancaq indiki halda bu ciddi dəyişikliklərə gətirib çıxarmayacaq. Bazarda alıcı statusunda çıxış edən bankların həm də satıcı statusunda fəaliyyət göstərmək imkanlarının yaranması nəyinsə dəyişəcəyinə əsas vermir. Çünki lazım olan resurslar onlarda yoxdur.

Bundan əlavə, hərracların vaxtı da dəyişdirilib. Əvvəllər 2-ci və 4-cü günləri keçirilirdisə, indi 3-cü və 5- ci günlər hərrac keçiriləcək. Həftəni əhatə etmə planınına görə 2-ci və 4-cü günlər daha məqbul idi. Yaxşı olardı ki, hərraclar 1,3 və 5- ci günlər həyata keçirilərdi və bununla da hərracların intensivliyi artardı.

Əvvəl banklar əvvəlcədən hərraca nə qədər valyuta çıxarılacağını bilirdilər. Müvafiq şəkildə öz sifarişlərini verirdilər. İndi isə banklar bu barədə məlumatsız olacaqlar. Hərracın gedişində məbləğ məlum olacaq və ilkin məzənnə əsasında təkliflər olacaq. Bu digərlərinə nisbətən daha ciddi dəyişiklikdir. Çünki bazar haqqında banklar nə qədər çox məlumatlı olsalar, bir o qədər öz qərarlarını əsaslandıra bilərlər. İndiki halda isə qərarı banklar qısa müddət ərzində vermək məcburiyyətində qalacaqlar. Əvvəl belə idi ki, banklar yuxarı sifariş verirdi, 100 ya 50 milyon hərraca çıxarılırdısa, bu bankların sifarişini 5-10 dəfə artıq qarşılayırdı. Bu da ajiotaj yaradırdı ki, dollara valyutadəyişmə məntəqələrində getdikcə tələb artır. Bu gizlilik psixoloji təsirləri,ajiotajları aradan qaldırmağa imkan verəcək”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler