» » Azərbaycanda dollar satışı ilə bağlı yeni mexanizm

Azərbaycanda dollar satışı ilə bağlı yeni mexanizm

Bölmə: İqtisadiyyat
Azərbaycanda dollar satışı ilə bağlı yeni mexanizm
Mövcud məzənnə rejiminə uyğun olaraq, Mərkəzi Bank tərəfindən cari ilin ötən dövründə Blumberq ticarət sistemində mütəmadi olaraq birtərəfli valyuta satışı üzrə hərraclar təşkil edib.

"Xalqİnfo" bildirir ki, Mərkəzi Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bu hərraclar vasitəsilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bankın valyuta satışları həyata keçirilib.

Xəbərdə qeyd olunur ki, bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün Mərkəzi Bank yeni hərrac mexanizminin tətbiqi barədə qərar qəbul edib. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Blumberq ticarət sisteminin yeni platformasında təşkil olunan bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra hərrac gedişatında ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır.

Bundan sonra növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunacaq və hər iş gününün sonuna ictimaiyyətə açıqlanacaq. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.

5 oktyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6035 AZN məzənnəsi ilə yekunlaşıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler