» » Türkiyədəki lüks restoranları daha çox azərbaycanlılar ziyarət edir

Türkiyədəki lüks restoranları daha çox azərbaycanlılar ziyarət edir

Bölmə: İqtisadiyyat, Dünya
Türkiyədəki lüks restoranları daha çox azərbaycanlılar ziyarət edir
Xarici turistlər İstanbulda il ərzində bahalı qidaya təxminən 300 milyon dollar xərcləyir.

Xalqİnfo.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu Turizm Restoran Yatırımçıları Birliyinin sədri Kaya Demirer bildirib.

Onun sözlərinə görə, birliyin üzv olan obyektlərin gəlirlərinin 20%-i turistlərin xərcləri hesabına formalaşır. K. Demirer əlavə edib ki, birliyin üzv olan obyektləri il ərzində 35 milyon müştəri ziyarət edir ki, onlardan 85-90%-i türklər, 10-15%-i isə xaricilərdir.

"Xarici turistlər İstanbulda il ərzində bahalı (lüks) qidaya təxminən 300 milyon dollar xərcləyir. Müştərilərin mütləq əksəriyyətini türklər təşkil etsə də, xaricilərdən əldə olunan gəlir daha çox olur. Ümumilikdə, bizim obyektləri il ərzində 4-4,5 milyon xarici turist ziyarət edir. İstanbula il ərzində 12-13 milyon turist gəlir. Hər 3 turistdən 1-i bizim birliyə üzv olan obyektləri ziyarət edir. Hər turist bizim obyektlərdə orta hesabla 70 dollar xərcləyir. Son 3-4 il ərzində Türkiyədəki lüks restoranları ziyarət edən turistlərin əksəriyyəti azərbaycanlılardır. Ən çox xərcləyən isə qətərlilərdir", - deyə o bildirib.


Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler