» » Rövnəq Abdullayev İranın neft naziri ilə görüşqb

Rövnəq Abdullayev İranın neft naziri ilə görüşqb

Bölmə: İqtisadiyyat, MANŞET
Rövnəq Abdullayev İranın neft naziri ilə görüşqbAvqustun 8-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngəne arasında görüş olub.


Xalqinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rövnəq Abdullayev Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əlaqələrin sürətlə və böyük uğurla inkişaf etdiyini, bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını söyləmişdir. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan dünən başlayan rəsmi səfərinin bu əlaqələrin daha da inkişafında yeni mərhələ olacağına əminliyini qeyd edən Rövnəq Abdullayev SOCAR-la İranın neft-qaz şirkətləri arasında mühasibətlərin də son vaxtlar intensivləşdiyini vurğulayıb.

Azərbaycanda böyük qonaqpərvərliklə qarşılandıqlarını bildirən İranın neft naziri ölkəsinin qonşu dövlətlərlə və xüsusən Azərbaycanla əlaqələrinin genişlənməsinə mühüm önəm verdiyini, bu çərçivədə iqtisadi münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi zərurətini qeyd etmişdir. Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edilmişdir. SOCAR prezidenti Rövnəq Abdullayev ötən ilin noyabrında və bu ilin yanvarında İranda səfərdə olduğunu, eyni zamanda İran neft-qaz sektoru rəhbərlərinin də Azərbaycana səfərlər etdiklərini xatırladaraq bu səfərlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə, İran və Azərbaycan xalqlarının rifahina xidmət etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler